“Qarabağ”ın Avroliqa oyununa biletlərin qiyməti neçəyə olacaq?

“Qarabağ”ın Avroliqa oyununa biletlərin qiyməti neçəyə olacaq?
XƏBƏR 14 Sentyabr 2018 / 15:35 6330
-  A +

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin ev oyunlarına biletlərin qiyməti bəlli olub.

Klubun mətbuat xidmətindən Qol.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ən ucuz bilet 2, ən bahalı bilet isə 50 manat təşkil edəcək.

Ümumilikdə sektorlara uyğun olaraq, biletlər 2, 5, 15, 20 və 50 manat (VİP) arasında dəyişəcək. Amma növbəti ev matçlarında biletlərin qiymətində dəyişiklik olunacağı istisna edilmir. 

Qeyd edək ki, “Qarabağ”ın Avroliqada ev oyunları aşağıdakı göstərilən tarixlərdə keçirəcək:

4 oktyabr: “Qarabağ” – “Arsenal”
25 oktyabr: “Qarabağ” – “Vorskla”
29 noyabr: “Qarabağ” – “Sportinq”

Bütün matçlar Bakı Olimpiya Stadionunda təşkil olunacaq.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı