AFFA İcraiyyə Komitəsinin qərarları rəsmən açıqlandı

AFFA İcraiyyə Komitəsinin qərarları rəsmən açıqlandı
GÜNDƏM 14 Sentyabr 2018 / 15:18 4086
-  A +

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Qol.az-ın federasiyanın rəsmi saytına istinadən yaydığı xəbərə görə, aparılmış müzakirələrdən sonra  AFFA-nın Hakimlər və Hakim-İnspektorlar Komitəsinin strukturu dəyişdirilməsi qərara alınıb.

Avstriyalı mütəxəssis, sabiq FIFA referisi, FIFA və UEFA hakim-inspektoru, UEFA Konvensiya meneceri, FIFA və UEFA RAP (Hakimlərə Dəstək Proqramı) təlimatçısı Fritz Stuxlik yeni strukturun rəhbəri təyin olunub.

Yeni struktur Hakimlər və Hakim-İnspektorlar Komitəsi adı altında fəaliyyət göstərəcək.

Hakimlər və Hakim-İnspektorlar Komitəsi birbaşa AFFA-nın İcraiyyə Komitəsinə tabedir və rübdə 1 dəfə İcraiyyə Komitəsinin üzvlərinə hesabat xarakterli məruzə edəcək.

Hakimlər və Hakim-İnspektorlar Komitəsinin tərkibinin müəyyənləşdirilməsi komitə rəhbərliyinə həvalə olunub.
 
Bundan başqa, klubların lisenziyalaşdırılması prosesi ilə bağlı təklif qəbul olunub. Təklifə əsasən, əvəzedici komandanın yarışlarda iştirakı meyarı «A» dərəcədən «B» dərəcəli meyara keçirilib. Meyarın tələbini yerinə yetiriməyən klublara cərimə tətbiq olunacaq.




















Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər