"Zirə"nin legioneri "Səbail"lə oyunu buraxacaq

"Zirə"nin legioneri "Səbail"lə oyunu buraxacaq
XƏBƏR 14 Sentyabr 2018 / 15:03 840
-  A +

Topaz Premyer Liqanın 4-cü turunda “Səbail”in qonağı olacaq “Zirə” itki ilə üzləşib.

Klubdan Qol.az-a verilən məlumata görə, komandanın yarımmüdafiəçisi Bilal Həmdi zədələnib. Milli komandaların oyunları ilə bağlı yaranmış fasilədə əzələsindən zədə alan əlcəzairli futbolçunun bu turu buraxacağı dəqiqdir. Onun növbəti oyuna qədər sıraya dönəcəyi gözlənilir.

Qeyd edək ki, sabah keçiriləcək “Səbail” – “Zirə” oyunu saat 20:30-da başlayacaq.

 

Daha çox


Son xəbərlər
21.09.18  21:14

"Yuventus"da ciddi itki