Didye Deşamın adına daha bir stadion

Didye Deşamın adına daha bir stadion
XƏBƏR 13 Sentyabr 2018 / 14:55 2480
-  A +

Monakodakı "Stade Marke" arenasına Fransa millisinin baş məşqçisi Didye Deşamın şərəfinə "Didye Deşam Stadionu" adı verilib.

Qol.az-ın  "Daily Mail"ə istinadən yaydığı xəbərə görə, bununla bağlı keçirilən tədbirdə 49 yaşlı mütəxəssis, həyat yoldaşı, oğlu, Monako şahzadəsi II Albert və təxminən 500 tamaşaçı iştirak edib.

Qeyd edək ki, D.Deşamın doğulduğu Bayonne şəhərində də onun adına stadion var.

Xatırladaq ki, Fransa millisi D.Deşamın rəhbərliyi altında DÇ-2018-in qalibi olub.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi