"Qarabağ"ın rəqibində üç zədəli futbolçu

"Qarabağ"ın rəqibində üç zədəli futbolçu
XƏBƏR 13 Sentyabr 2018 / 14:26 2887
-  A +

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi Ukraynanın "Vorskla" klubunun üç futbolçusu zədəlidir.

Qol.az-ın yerli mətbuata istinadən yaydığı xəbərə görə, müdafiəçi Aleksandr Çijov, yarımmüdafiəçi Artem Qabelok və hücumçu Yuri Kolomoeç zədədən əziyyət çəkirlər. Onların ökə çempionatında "Karpat"la matçı buraxacağı bildirilib. Sözügedən oyunçuların  nə vaxt bərpa olacağı barədə məlumat verilməyib.

Qeyd edək ki,  Avroliqanın qrup mərhələsində “Qarabağ”la “Vorskla” arasında ilk qarşılaşma oktyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Səfərdəki matç isə noyabrın 8-də Poltava şəhərindəki Aleksey Butkovski adına stadionda olacaq.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın