"Qarabağ"da ciddi itki - "Sportinq"ə qarşı oynamayacaq

"Qarabağ"da ciddi itki -  "Sportinq"ə qarşı oynamayacaq
ÖLKƏ FUTBOLU 12 Sentyabr 2018 / 12:04 5692
-  A +

Bolqarıstan millisinin düşərgəsində zədələnən "Qarabağ"ın futbolçusu Simoen Slavçevin son durumu müəyyənləşib.

Qol.az-ın Bolqarıstan mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə 25 yaşlı yarımmüdafiəçi özü məlumat verib. O, iki həftə yaşıl meydanlardan uzaq qalacağını və bu səbəbdən Avroliqada "Sportinq"lə görüşü buraxacağını bildirib:

"Tibbi müayinədən keçdim. Bud əzələmdə ikinci dərəcəli gərginlik olduğu təsbit edildi.  Əgər əzələmdə yırtıq aşkarlansaydı, bu, daha da pis ola bilərdi. Kiçik zədə ilə qurtuldum. İki həftə oynaya bilməyəcəm. Ancaq çox əsəbiyəm, çünki "Sportinq"lə görüşdə komandama kömək edə bilməyəcəm".

Qeyd edək ki,  Slavçev Millətlər Liqasının ikinci turunun Norveçlə oyunu öncəsi isinmə hərəkətləri zamanı zədə alıb.

Xatırladaq ki, "Qarabağ" sentyabrın 20-də Avroliqanın qrup mərhələsində "Sportinq"in qonağı olacaq.

 

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı