"Belə nəticə olacağını düşünmürdük" - Təmkin Xəlilzadə

"Belə nəticə olacağını düşünmürdük" - <b style="color:red">Təmkin Xəlilzadə</b>
MÜSAHİBƏ 11 Sentyabr 2018 / 11:36 2656
-  A +

Millimizin futbolçusu Təmkin Xəlilzadə Millətlər Liqasının II turunda səfərdə Malta oyundan (1:1) jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın komandamızın yegan qolunun müəllifi matç barədə fikirlərini bildirib.

- Bugünkü nəticə ürəkaçan deyil. Bunu nə ilə əlaqələndirirsiniz? Qələbə qazanmağa nə mane oldu?

- Oyuna çox ciddi hazırlaşmışdıq. Evdəki ilk oyunda xal itkisi ilə üzləşdikdən sonra buradan qələbə ilə ayrılmaq istəyirdik. Ancaq bu futboldur, rəqiblərimiz də güclənir. Heç birini zəif adlandırmaq olmaz. Bütün komandalar 90 dəqiqə ərzində yaxşı mübarizə aparır.

İstədiyimiz nəticəni əldə edə bilmədik. Yenə də şanslarımız var və növbəti oyunlarda maksimum nəticə qazanmağa çalışacağıq.

- Oyunda baxımlı qol vurdunuz. Bundan sonra elə təəssürat yarandı ki, üstünlük tam bizim tərəfimizə keçib. Sizcə qələbə üçün komandada nə çatmadı? Hesab bərabərləşdikdən sonra oyunun sürəti aşağı düşdü. Bu nə ilə əlaqədardır?

- Deməzdim ki, bu tam belə idi. Topa nəzarət edirdik və hücumlar qurmağa çalışırdıq. Rəqib geriyə çəkilib müdafiə olunurdu. Malta 5 müdafiəçi ilə meydanda mübarizə aparırdı deyə onların arxa xəttini yarmaqda çətinlik çəkdik. Düşünürəm ki, bizə tələskənlik də mane oldu.

- Rəqib futbolçular oyunun vaxtını uzadırdılar, sizcə bu da görüşün nəticəsinə təsir edirdimi?

- Rəqib haqqında danışmaq istəmirəm. Bu, onların öz işləridir. Fikrimcə, bu, futbol izləyicilərinə kənardan yaxşı görünmürdü.

- Gələcək oyunlardan gözləntiləriniz nədir? İki oyundan sonra 2 xal qazana bilmisiniz. Bunu necə qiymətləndirirsiz?

- Biz də belə nəticə qazanacağımızı düşünmürdük. Ən azı ilk iki oyuna 4 xal toplayacağımıza ümid edirdik. Hələ qarşıda 4 oyunumuz var, rəqiblərimiz də bir-biri ilə oynayacaq. Fikrimcə, şanslarımız var və bundan maksimum istifadə edib, xalqımızı sevindirməyə çalışacağıq.

- Millinin oyunu hələ də ümid vermir, bu barədə nə deyə bilərsiniz?

- Bir az səbrli olmaq lazımdır. Öz oyun üslubumuzu tam göstərmək üçün bizə vaxt lazımdır. Düşünürəm ki, milli komanda yüksək səviyyəyə qalxacaq və yaxşı nəticələr əldə edəcək.

 

Daha çox


Son xəbərlər