Milli komandamızın müdafiəçisi Maksim Medvedev UEFA Millətlər Liqasının 2-ci turunun Malta ilə səfər oyunundan (1:1) sonra jurnalistlərin suallarını cavablandırıb.
Qol.az-ın məlumatına görə, təcrübəli futbolçu əvvəlcə heç-heçəni şərh edib.
- Bura 3 xal dalınca gəlmişdik. Amma oyun istədiyimiz kimi getmədi. Rəqibi yaxşı analiz edib, oyuna ciddi hazırlaşmışdıq. Qapımızda qol görməməyə çalışırdıq. Təəssüflər olsun ki, rəqib penaltidən hesabı açdı. Amma sonradan heabı bərabərləşdirə bildik. Qələbə topunu vurmaq üçün vaxtımız var idi. Hücumda bir az daha aqressiv oynasaydıq, istəyimizə çata bilərdik. Buradan 3 xalla qayıtmaq üçün 1 qol çatmadı. Qarşıda oyunlar var. Riyazi olaraq, əsas rəqiblərimizə çata bilərik. İnanıram ki, növbəti matçlarda daha yaxşı oynayıb, lazım olan xalları qazanacağıq.
- Sizə elə gəlmirmi ki, komanda hücumda çox “dişsiz” görünürdü?
- Ola bilər, komanda qələbə topunu vura bilmədi. Amma bu sualı baş məşqçiyə versəniz, daha yaxşı olar. Çünki hücumda oynayan uşaqların çıxışını ancaq o, analiz edə bilər. Mən onların komanda yoldaşıyam. Əlbəttə, istərdik ki, qalib gələk. Təəssüf ki, alınmadı.
- Sizcə, qələbəyə layiq idiniz?
- İnanıram ki, Azərbaycan Maltadan daha üstün komandadır. 60-cı dəqiqədən sonra rəqibin bəzi futbolçuları ayağını tutub uzanırdı. Vaxtı uzadıb, oyunun tempini öldürürdülər. Bu isə motivasiyamızı psixoloji cəhətdən aşağı salırdı. Buna görə də istədiyimizi əldə edə bilmədik.
- Bu gün Kosovo evdə Farer adaları üzərində qələbə qazandı...
- Eşitmişik, 2:0 hesablı qələbə qazanıblar. Ona görə də işimiz bir az çətinləşdi. Amma yenə də Kosovo ilə səfərdə oyunumuz olacaq. Hər şey öz əlimizdədir.
Şeydayevə şans verilmədi
Eddi üçün 90 dəqiqə
"Həmişə neqativ suallar verirsiniz" - Dani Kintana
"Asmir "Qarabağ"da qalmaq istəyir, rəhbərliklə danışacağıq"
"Qarabağ" - "Keşlə" oyununda 4 qol - Video
"Komanda həddən artıq yüklənib" - Qurban Qurbanov
"Keşlə" "Qarabağ"dan xal aldı - Premyer Liqa
Poqba yenə oynamayacaq
Azərbaycan kubokunun qalibi Avroliqanın 1-ci mərhələsində
AFFA İcraiyyə Komitəsinin iclasının vaxtı açıqlandı
"Qəbələ"nin prezidenti Elxan Məmmədovla görüşüb" - Video
Məşhur məşqçi ilə yeni müqavilə
"Qarabağ" - "Keşlə": Heyətlər
"Arsenal"da 100-cü oyun
"Qalatasaray"ın legionerləri dalaşdı
Yığmamız Monteneqroya uduzdu
"Belə futbol, belə inkişaf olmur"
“Çelsi”nin transfer qadağası ləğv edildi
“El-Klassiko”nu buraxa bilər
“Messi ilə bu haqda bir neçə dəfə danışmışam" - Bartomeu
“Neftçi”nin prezidenti Şenol Güneşlə görüşdü – Şəkillər
Azərbaycanın 2020-ci il üçün FİFA hakimləri
“Qarabağ”dan 2 futbolçusuyla bağlı açıqlama
“Neftçi”nin qətlə yetirilən rəisi - Onun haqda nə bilirik?
Türkiyə “Real” Madridin sponsoru olur
42 ilin ən zəif "Arsenal"ı
“Ronaldo istedadlı deyil” - İbrahimoviç
"Liverpul" 32 oyundur uduzmur
İtaliyanın məşhur qəzetində irqçilik qalmaqalı