"İradlarınızı mənə bildirə bilərsiniz" - Qurban Qurbanov

"İradlarınızı mənə bildirə bilərsiniz" -  Qurban Qurbanov
MÜSAHİBƏ 11 Sentyabr 2018 / 01:19 9957
-  A +

"Qalib gəlmək istəyirdik. Əfsuslar olsun ki, bunu bacarmadıq. Bir xal qazandıq. Daha doğrusu, 2 xal itirdik. Bir çox futbolçunun durumundan narahat idim. Gözlədiyim kimi performanslarından aşağı çıxış etdilər. İşlərimiz çoxdur. Hansısa çatışmazlıqları aradan qaldırmağı öz üzərimə götürərəm. İradlarınızı mənə bildirə bilərsiniz".


Qol.az-ın məlumatına görə, bu sözləri millimizin baş məşqçisi Qurban Qurbanov UEFA Millətlər Liqasının II turunda Malta ilə səfər oyunundan (1:1) sonra təşkil edilən mətbuat konfransında deyib.

- Ardıcıl 2 heç-heçədən sonra qrupdan çıxa bilməməklə bağlı narahatlığınız var?

- Burada nəticə verməyə çalışırıq. İnamımızı itirməməliyik. Çatışmazlıqları mən bilirəm. Digər komandaların da xal itkiləri olacaq. Şansımız yoxdur deyib, sakit durmamalıyıq. Çatışmayan cəhətlərimizi aradan qaldırmalıyıq. Qalan 4 oyunda qalib gəlsək, qrupdan çıxa bilərik. Futbolçulara güvənib, bir olmalıyıq.

- Rəqib futbolçuların oyunun vaxtını uzatması barədə nə deyə bilərsiniz?

- Bunu səbəb kimi göstərməli deyilik. Həm burda, həm Bakıda bu cür halları gördük. Bu gün rəqib bir xal götürmək üçün hər şeyə əl atırdı. Bu cür pauzalar tempi salırdı.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı