“Əvvəllər də bildirmişdim ki, qrupumuzun favoriti Azərbaycandır"

“Əvvəllər də bildirmişdim ki, qrupumuzun favoriti Azərbaycandır"
GÜNDƏM 10 Sentyabr 2018 / 12:30 5754
-  A +

“Əvvəllər də bildirmişdim ki, qrupumuzun favoriti Azərbaycandır. Ancaq Farer Adaları da yaxşı komandadır. İlk oyunda qələbə qazanıblar, şansları artıb”.

Qol.az-ın xəbərinə görə, bu sözləri Kosovo millisinin baş məşqçisi Bernard Şalland Millətlər Liqasının 2-ci turunda  Farer adaları ilə keçiriləcək  oyundan əvvəl təşkil edilən mətbuat konfransında deyib.

O, rəqibə böyük hörmətlə yanaşdıqlarını qeyd edib: "Farer adalarının Malta ilə oyununa baxdım. Rəqibimiz çox gözəl təsir bağışladı. Biz də evdə böyük şou göstərmək istəyirik. Kosovo, Azərbaycan və Farer adalarının lider olmaq şansı var".

Şalland millimizlə oyundan fərqli olaraq bu dəfə hücum futboluna üstünlük verəcəklərini bildirib: "İnsanlar qrupda ən yaxşı komanda olduğumuzu deyirlər, onların fikrincə, biz bütün oyunları udmalıyıq. Farer adaları ilə oyunda hücum futbolu oynayacağıq. Azərbaycanla oyunda isə bunu edə bilməmişdik. Daha çox müdafiəyə fikir verdik. Çətin səfər matçında uduzmamaq vacib şərt idi".

Qeyd edək ki, Kosovo qrupda ilk oyunu Bakıda millimizə qarşı keçirib. Bu gün isə Şallandın komandası  Farer adalarını qəbul edəcək. Görüş Bakı vaxtı ilə 22:45-də başlayacaq.

Daha çox


Son xəbərlər