Slavçev millidə zədələndi – oyuna dəqiqələr qalmış

Slavçev millidə zədələndi – oyuna dəqiqələr qalmış
GÜNDƏM 9 Sentyabr 2018 / 21:20 6029
-  A +

“Qarabağ”ın yarımmüdafiəçisi Simeon Slavçev Bolqarıstan millisinin düşərgəsində zədələnib.

Qol.az-ın klubun rəsmi “Feysbuk” səhifəsinə istinadən yaydığı xəbərə görə, 25 yaşlı futbolçu Millətlər Liqasının ikinci turunun Norveçlə oyunu öncəsi isinmə hərəkətləri zamanı zədə alıb. Buna qədər adı matçın start heyətində yer alan oyunçu məcburiyyətdən Martin Raynovla əvəzlənib.

Qeyd edək ki, Bolqarıstan millisi Millətlər Liqasına qələbə ilə başlayıb. Slavçevin komandası ilk turda səfərdə Sloveniyanı 2:1 hesabı ilə məğlub edib.

Daha çox


Son xəbərlər