"Bu, daha çox alçaldıcı duyğudur" – "Qarabağ"ın qapıçısı

"Bu, daha çox alçaldıcı duyğudur" – "Qarabağ"ın qapıçısı
GÜNDƏM 9 Sentyabr 2018 / 17:47 6872
-  A +

“Bu, adi məğlubiyyət deyil. Ona görə də özümüzü fərqli hiss edirik. Bu, daha çox alçaldıcı duyğudur”.

Qol.az-ın xəbərinə görə, bu sözləri “Qarabağ”ın islandiyalı qapıçısı Hannes Halldorsson ölkəsinin mətbuatına açıqlamasında deyib. Yığmasının UEFA Millətlər Liqasının A divizionun 2-ci qrupunun ilk turunda səfərdə İsveçrəyə 0:6 hesablı məğlubiyyətini şərh edən 34 yaşlı qolkiper bu oyunu unutmalı olduqlarını bildirib:

“İndi qarşıdakı oyuna baxmalı və nəyə qadir olduğumuzu göstərməliyik. Bizim xarakterimiz var. Bunu Belçika ilə ev oyununda sübut edəcəyik”.

Qeyd edək ki, İsveçrəyə 0:6 hesabı ilə uduzduqları matçda İslandiya millisinin qapısını Halldorsson qoruyub.

Daha çox


Son xəbərlər