“Xəzər-Lənkəran” “Rostov”la oyuna qara sarğıyla çıxacaq

XƏBƏR 19 Yanvar 2009 / 19:22 2673
-  A +

Sabah “Xəzər Lənkəran” növbəti sparrinq-matçda Rusiya elitasının təmsilçisi “Rostov”la qarşılaşacaq. Qol.Az-ın komandanın rəisi Səməd Mustafayevə istinadən verdiyi məlumata görə, 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar «XL»in futbolçuları meydana qara sarğıyla çıxacaqlar. Eyni zamanda “Xəzər Lənkəran” klubu bu faciəli qəhrəmanlıq gününün ildönümü münasibətiylə xalqımıza, ilk növbədə bütün şəhid ailələrinə dərin hüznlə başsağlığı verib, Vətən uğrunda dünyasını dəyişmiş igid soydaşlarımıza Allahdan rəhmət diləyib.

 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı