"Azərbaycan cütün favoritidir" - Bernar Şalland

"Azərbaycan cütün favoritidir" -  Bernar Şalland
MÜSAHİBƏ 6 Sentyabr 2018 / 20:10 4679
-  A +

"Bizim üçün yeni məcarının başlanğıcıdır. Millət Liqası çox gözəl turnirdir. Biz də AÇ-2020-yə vəsiqə qazanmaq istəyirik”.

Qol.az-ın məlumatına görə, bu sözləri Kosovo yığmasının baş məşqçisi Bernar Şalland millimizlə UEFA Millətlər Liqasının ilk oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

- Azərbaycan millisi haqda  nə deyə bilərsiniz?

- Təbii ki, məlumatım var. Hər şeyi araşdırmışam. Ötən seçmə tsikldə güclü qrupa düşsəniz də, 10 xal toplamısınız. Kosovo isə vur-tut 1 xal toplamışdı. Azərbaycan cütün favoritidir. Elə reytinq sıralamasında da bunu görə bilərik. Qrupa nəzər saldıqda etiraf etməliyəm ki, güclü rəqiblərlə qarşılaşacağıq. Hesab edirəm ki, divizionumuzun ən güclü qrupuna düşmüşük.

- Azərbaycan millisini favorit sayırsınız. Bəs, Kosovo yığması buraya nəyə gəlib?

- Belə deməkdə məqsədim Kosovonun gənc komanda olmasını vurğulamaqdır. Biz cəmi bir seçmə mərhələ görmüşük. Belə cavan komanda ilə bura gəlib, qalib gələcəyimizi söyləyə bilmərəm. Hazırda Portuqaliya Farer adalarına qarşı oynasa, çətinlik çəkər. Bu gün futbolda hər şey başqa cürdür.

- Kosovo millisinin futbolçuları Avropanın klublarında çıxış edir. Bu sizin üçün üstünlükdür?

- Bayaq da dedim, Kosovo yeni yığmadır. Bəli, bizim futbolçular başqa ölkələrdə çıxış edirlər. Bu, bizim üçün üstünlükdür. Azərbaycanlı futbolçuların xarici klublara getməməsinin səbəbini bilmirəm. Bəlkə, burada onlara daha çox pul verirlər. Azərbaycana qarşı oynamaq bütün komandalar qarşı çətin olacaq. Amma AVRO-2020-yə düşmək bizim üçün həm arzu, həm də məqsəddir.

- Valon Berişanın yoxluğu oyununuza mənfi təsir edəcəkmi?

- Təbii ki, Berişa ən güclü oyunçularımızdan biridir. Təəssüf ki, zədə səbəbindən oynaya bilməyəcək. Oktyabrda sıraya dönməlidir. Məşqçi kimi ona layiqli əvəzləyici tapmalıyam.

- Hücumda sürətli oyunçuları oynadacaqsınız, yoxsa boyu uca hücumçulara şans verəcəksiniz?

- Yaxşı sual deyil (gülür). Komandam haqqında indidən məlumat verə bilmərəm. Onu deyə bilərəm ki, hücumçuların sayı 2 olacaq.

- Besar Haliminin yoxluğunda komandadan yaradıcılıq gözləyirsiniz?

- Bəli, Halimi yardıcılıq baxımından önəmli oyunçudur. Amma onun yerinə cavan futbolçularımız var. Problem olmamalıdır.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı