«Olimpik» «Krılya Sovetov»u darmadağın etdi

XƏBƏR 19 Yanvar 2009 / 17:48 2827
-  A +

Antalyada təlim-məşq toplanışında olan Bakının «Olimpik» klubu bu gün Rusiyanın «Krılya Sovetov» komandasıyla yoxlama oyunu keçirib. Klubun mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifovun Qol.Az-a verdiyi məlumata görə, oyun 4:2 hesabıyla Azərbaycan təmsilçinin xeyrinə başa çatıb. Oyunda «Olimpik»in iki qolunu Roman Axaltsi, ikisini isə Junivan vurublar.
Qeyd edək ki, 20 yanvar faciəsinin 19-cu ildönümüylə əlaqədar baş məşqçi Əsgər Abdullayevin təşəbbüsüylə «Olimpik»in futbolçuları bu oyuna qara sarğıda çıxıblar.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı