Ronaldo millidəki çıxışını dayandırır – "Yuventus"a görə

Ronaldo millidəki çıxışını dayandırır – "Yuventus"a görə
DÜNYA FUTBOLU 29 Avqust 2018 / 17:44 5339
-  A +

"Yuventus"un hücumçusu Kriştiano Ronaldo Portuqaliya millisinin sentyabrda Xorvatiya ilə yoldaşlıq, İtaliya ilə isə Millətlər Liqasında keçirəcəyi oyunları buraxacaq.

Qol.az-ın “İtaSportPress” nəşrinə istinadən yaydığı xəbərə görə, 33 yaşlı futbolçu yeni klubuna tam uyğunlaşmaq üçün yığmadakı çıxışını müvəqqəti dayandırmaq qərarına gəlib. Hətta Ronaldonun bir müddət Portuqaliya millisində oynamayacağı iddia olunur.

Qeyd edək ki, “Yuventus”un heyətində 2 rəsmi oyun keçirən portuqaliyalı hələlik qol hesabını aça bilməyib.

Son xəbərlər