"Zirə"nin prezidenti Qol.az-a baş məşqçi istefasından danışdı

"Zirə"nin prezidenti Qol.az-a baş məşqçi istefasından danışdı
MÜSAHİBƏ 29 Avqust 2018 / 15:42 5033
-  A +

“Zirə”nin prezidenti Natiq İsmayılov Qol.az-a müsahibə verib. Ayxan Abbasovun istefasına münasibət bildirən N. İsmayılov yeni baş məşqçi məsələsinə də toxunub.

- Ayxan Abbasovun cəmi 2 turdan sonra istefaya getməsini necə izah edərdiniz?

- Bu, futboldur. Belə hallar yaşanır. Normal qarşılamaq lazımdır, bütün klublarda məşqçi istefası baş verir. Eyniylə də “Zirə”də. Ayxan müəllim özü bizə müraciət etdi, oturub müzakirə etdik və fikrinə hörmətlə yanaşdıq.

- Sizcə, 2 oyun bir məşqçinin istefa verməsi üçün az vaxt deyilmi?

- Bu, Ayxan müəllimin fikri idi. Görünür, özü belə məsləhət bilib.

- Ayxan müəllim getmək istədiyini deyəndə qalıb işləməsini təklif etdinizmi? Əvvəlki müsahibələrində bir neçə dəfə özü demişdi ki, rəhbərlik mənim arxamdadır...

- Bəli, biz ona həmişə olduğu kimi dəstək verəcəyimizi bildirdik. Ayxan müəllim komandamız üçün çox iş görüb, bunu danmaq olmaz. Amma o, fikrində qəti idi.

- Sizcə, uğursuz start təkcə Ayxan Abbasovun günahıdır? Ötən mövsüm aparıcı futbolçuları komandada saxlaya bilməmiyinizin də təsiri oldumu?

- Yox, hərdən futbolda belə hallar baş verir. Həm də aparıcı futbolçuların bəziləri ilə özümüz yollarımızı ayırmağa qərar verdik. Konkret kimisə günahlandırmaq lazım deyil, futbolda uğur olduğu kimi uğursuzluqlar da var. Bizim də əvvəlki illərdə yaxşı nəticələrimiz olub, indi isə uğursuz dönəmimizi yaşayırıq. Amma bunun bitəcəyinə inamım böyükdür.

- Yeni baş məşqçi kim olacaq və nə vaxt açıqlanacaq?

- Bu haqda yaxın vaxtlarda açıqlama veriləcək.

- Samir Abasovla Tərlan Əhmədovun adları hallanır. Hansı daha real namizəddir?

- Həm Samir, həm də Tərlan bəy yaxşı məşqçilərdir. Hazırda hər ikisi işsizdir deyə adının klubumuzla hallanması normaldır. Fikrimcə, məşqçi istefası “Zirə” yox, başqa bir klubumuzda da reallaşsaydı, şübhə etmirəm ki, adıçəkilən mütəxəssilərin ora keçəcəyini mətbuat yenə də yazacaqdı.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı