ÇL-də qrupa yüksələn son 3 komanda bilindi

ÇL-də qrupa yüksələn son 3 komanda bilindi
DÜNYA FUTBOLU 30 Avqust 2018 / 01:20 11127
-  A +

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulub.

Qol.az xəbər verir ki, keçirilən 3 oyunla qitənin 1 nömrəli klub turnirində qrup mərhələsində mübarizə aparacaq bütün klubların adları məlum olub.

Əvvəlki mərhələdə “Qarabağ”ı mübarizədən kənarlaşdıran BATE səfərdə PSV-nin qonağı olub. Öz meydanında 2:3 hesabı ilə uduzan Belarus çempionu səfərdə 3 cavabsız qolla uduzub. Qrupa Hollandiya təmsilçisi yüksəlib.

PAOK öz meydanında “Benfika” ilə qarşılaşıb. İlk görüşlərinə 1:1 hesabı qeydə alınan komandaların cavab matçı "Benfika"nın 4:1 hesablı qələbəsi ilə çatıb. Bu nəticə "Benfika"nı qrup mərhələsinə yüksəldib.

İlk görüşlərində qalibin aşkarlanmadığı “Zalsburq” və “Srvena Zvezda” komandaları arasında Avstriyada keçirilən cavab matçında da 2:2 hesabı qeydə alınıb. Belədə, Serbiya təmsilçisi növbəti mərhələyə vəsiqəni təmin edib. 



UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, cavab oyunları

29 avqust

"Zaltsburq" (Avstriya) - "Srvena Zvezda" (Serbiya) - 2:2
Qollar:
Munas Dabbur, 45, 48-pen. - Əl-Fərdu ben Nebuhan, 65, 66
İlk oyun - 0:0

PSV (Eyndhoven, Hollandiya) - BATE (Borisov, Belarus) - 3:0
Qollar:
Stiven Berqveyn, 14. Luk de Yonq, 36. İrvinq Lozano, 62
İlk oyun - 3:2

PAOK (Yunanıstan) - "Benfika" (Portuqaliya) - 1:4
Qollar:
Aleksandar Priyoviç, 13 - Jardel, 20. Eduardo Salvio, 26-pen. 50-pen. Pitsi, 39
İlk oyun - 1:1.


28 avqust

AEK (Yunanıstan) - “Videoton” (Macarıstan) 1:1
İlk oyun -
2:1

“Dinamo” (Zaqreb, Xorvatiya) - “Yanq Boyz” (İsveçrə) 1:2
İlk oyun
- 1:1

“Dinamo” (Kiyev, Ukrayna) - “Ayaks” (Hollandiya) 0:0
İlk oyun -
1:3


Son xəbərlər