AFFA “Xəzər Lənkəran”ın hörmətsizliyini sərt cəzayla cavabladı

AFFA “Xəzər Lənkəran”ın hörmətsizliyini sərt cəzayla cavabladı
ÖLKƏ FUTBOLU 25 May 2010 / 13:01 2339
-  A +

Bu gün İntizam Komitəsinin iclası keçirilmişdir. Qol.Az-ın Peşəkar Futbol Liqasının rəsmi internet saytına istinadən məlumatına görə, gündəlikdə duran məsələlər müzakirə olunduqdan sonra aşağıdakı qərarlar qəbul edilmişdir:
23 may 2010-cu il tarixində 18-ci Azərbaycan Kubokunun final oyunu “Bakı” – “Xəzər Lənkəran” matçında “Bakı”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 1000 manat cərimə olunub.
Oyunun 101-ci dəqiqəsində “Bakı”nın nümayəndələri Akif Özakyol və İbrahim Cəfərov texniki zona qaydalarını pozduqları üçün hər ikisi 1 oyunluq cəzalanıb, klub 4000 manat cərimə olunub.
Matçın 102-ci dəqiqəsində “Bakı”nın futbolçusu Saşa Yunisoğlu rəqibini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalanıb, klubu 2000 manat cərimə olunub.
Oyundan sonra komandaların təltifetmə mərasimində “Xəzər Lənkəran” klubu iştirak etməkdən imtina edərək, rəqibə, azarkeşlərə, AFFA və PFL-ə qarşı qeyri-etik hərəkət, hörmətsizlik etdiyi üçün 5000 manat cərimə olunub.
Matçdan sonra “Xəzər Lənkəran”ın baş məşqçisi Ağasəlim Mircavadov mətbuat konfransında iştirak etmədiyi üçün klubu 1000 manat cərimə olunub.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın