Kamran Ağayev: “Futbolu atmaq istəyirəm”

Kamran Ağayev: “Futbolu atmaq istəyirəm”
ÖLKƏ FUTBOLU 25 May 2010 / 12:30 3016
-  A +

"Bir ilin içində ailəmdə problemlər, əməliyyat olunmağım əsəblərimin pozulmasıyla nəticələndi. Vallah, artıq bacarmıram. Futbolu atmaq istəyirəm. Buraxdığım səhvə görə bütün “Xəzər Lənkəran” azarkeşlərindən, eləcə də klubda çalışanlardan üzr istəyə bilərəm. Bundan artığına gücüm çatmır. Hansısa “ulduz xəstəliyi”ndən söhbət gedə bilməz. Nə də formadan düşməmişəm. Kamranı 2-3 il əvvəl necə görmüşdülərsə, indi də eləyəm”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Futbol+”ə açıqlamasında “Xəzər Lənkəran”ın və millimizin qapıçısı Kamran Ağayev söyləyib.
Ölkə kubokunun “Bakı”yla final oyununda şanssız qol buraxmaqla, diqqətləri özünə çəkən Ağayev təəssüfləndiyini gizlətmir. Lakin o, qarşı tərəfə qətiyyən haqq qazandırmaq istəmir: “Mübahisəli epizod zamanı top qapıya vurulmur, sadəcə, onu rəqibə verirsən. Nə olsun ki, Kalinkov topun mənə ötürülməsini istəyib? Məgər qapıçıya topu elə ötürmək lazım idi? İstənilən halda, səhvimi etiraf etməliyəm. Suçumu kiminsə üstünə yığmaqdan uzağam. Sadəcə həmin anda müdafiəçiyə bəzi şeyləri başa salırdım. Bir də gördüm top qapıya gedir. Mən də yetişə bilmədim. “Bakı”nın oyunçuları bu hərəkəti etməklə kubok yox, özlərinə düşmən qazandı. Orda müəyyən futbolçular var ki, centlmenlikdən kənar hərəkət etdilər. Onları harda tutsam, “sürüyəcəm”. Təbii ki, idman prinsipləri əsasında deyirəm”.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın