“Kimsə əlində top saxlaya bilmirsə, bu bizim günahımız deyil”

“Kimsə əlində top saxlaya bilmirsə, bu bizim günahımız deyil”
XƏBƏR 25 May 2010 / 12:15 2022
-  A +

“Bakı”nın oyunçuları ölkə kubokunun finalında “Xəzər Lənkəran” üzərindəki qələbədən sonra (2:1) kubok sevinclərini klubun rəsmi internet saytı ilə bölüşüblər. Qol.Az bununla bağlı açıqlama verən bütün oyunçuların fikirləri ilə sizi də tanış edir:

Cəmşid Məhərrəmov: “Oyundan öncə də demişdim ki, arzumuz kuboku Hafiz Məmmədova hədiyyə etməkdir. Çox şadam ki, istəyimizə çatdıq. Çünki klub prezidentimiz ən yaxşı mükafatlara layiqdir”.

Bəxtiyar Soltanov: “Final matçında qol vurmaq üçün çox çalışdım. İstəyimə çata bilməsəm də, buna çox təəssüflənmirəm. Çünki əsas komandamın uğurudur”.

Marko Şarliya: “Biz bu gün üstün oynadıq. Rəqibin son saniyələrdə vurduğu qol da arxayınçılığımızdan irəli gəldi”.

Stevan Bates: “Bakı” bu gün layiqli qələbə qazandı. Güclü olduğumuz üçün kuboka da sahib çıxdıq. Bu uğurun ardını avroliqada davam etdirməliyik”.

Aleksey Savinov: “Kubokun qalibi olmaq şərəfdir. “Bakı” növbəti dəfə gücünü hamıya göstərdi”.

Elvin Əliyev: “Oyuna çox ciddi hazırlaşmışdıq. Çox şadam ki, zəhmətimiz hədər getmədi”.

Fabio Luis Ramim: “Biz növbəti dəfə “Xəzər Lənkəran”dan güclü olduq. 1 ay ərzində 3 dəfə bir komandanı məğlub etmək elə də asan deyil. Amma biz bunu bacardıq”.

Ernad Skuliç: “Çox çətin mövsüm keçirdik. Bu cür ağır mövsümü gümüş medal və kubokla başa vurmaq çox xoşdur”.

Jaba: “Bakı”dakı ilk ilimdə çempion ola bilməsəm də, kuboku qazandım. Ümid edərim ki, növbəti mövsümdə çempion da olaram”.

Adnan Bərəkət: “Oyunan əvvəl də demişdim ki, “Xəzər Lənkəran”a qalib gələcəyik. Gördüyünüz kimi, belə də oldu”.   

Aleksandr Soliç: “Bakı” yalnız və yalnız güclü olduğuna görə qalib gəldi. Kimsə əlində top saxlaya bilmirsə, bu bizim günahımız deyil”.

Xalidu Sissoko: “Bakı” öz oyununu oynayanda heç bir komanda qarşımızı kəsə bilmir. Final görüşündə də qələbə bizim haqqımız idi”.

Mahmud Qurbanov: “Biz “Xəzər Lənkəran”dan güclü olduğumuza görə qalib gəldik. Vurduğumuz ikinci qol da qələbəyə layiq olduğumuzu sübuta yetirdi”.

Rafael Əmirbəyov: “Oyunda üstün olan tərəf biz idik. Bunun da sayəsində qələbə qazanaraq, kuboku əldə etdik”.

Əziz Quliyev: “Karyeramda ilk dəfə olaraq Azərbaycan kubokunun sahibi oldum. Buna görə çox şadam”.

Vyaçeslav Sofroni: “Bakı” haqq etdiyi qələbəni gözəl oyun və möhtəşəm azarkeş dəstəyi sayəsində qazandı”

Venio Moraes: “Rəqib nə qədər çalışsa da, qarşımızı kəsə bilmədi. Ardıcıl ikinci oyunda da qələbə qazanmaqla “Xəzər Lənkəran”dan güclü olduğumuzu sübuta yetirdik”

Saşa Yunisoğlu: “Bakı”nın nəyə qadir olduğunu bütün Azərbaycan gördü. Bir həftə əvvəl Lənkəranda, bu gün isə kubokun finalında layiqli qələbə qazandıq. Bunun səbəbi sadədir - çünki biz “Xəzər Lənkəran”dan üstünük”.


Son xəbərlər