Referi köməkçisi Elman Musayev Antalyaya niyə aparılmayıb?

XƏBƏR 19 Yanvar 2009 / 15:21 2604
-  A +

Hazırda Antalyada təlim-məşq toplanışında olan hakimlərimizin siyahısında dəyişiklik edilib. Sənədlərində problem olduğu deyilən referi köməkçisi Elman Musayevin adı sonradan siyahıdan çıxarılıb və onu Knyaz Əmraslanov əvəz edib. Qol.Az-a açıqlamasında Musayev hər şeyə aydınlıq gətirib: “Sənədlərimdə problem olduğundan Antalyaya aparılmadım. Bu, sırf mənim öz günahım ucbatından olan bir şeydir”.
E.Musayev məhkəmə qərarına əsasən onun ölkədən kənara çıxmasına qadağa qoyulduğunu və məhz bu səbəbdən Antalyaya aparılmamasına dair səslənən fikirləri isə inkar edib: “Türkiyəyə getməməyimin bu məsələ ilə heç bir əlaqəsi yoxdur. Bəli, yayda mən avtomobillə qəza keçirmişdim və belə bir problemlə üzləşmişdim. Amma toplanışdan kənar qalmağım sırf pasportumda problem yaranması səbəbindən baş verdi”.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın