“Neftçi”nin “Kiçik dünya çempionatı”ndakı oyunlarının təqvimi müəyyənləşdi

“Neftçi”nin “Kiçik dünya çempionatı”ndakı oyunlarının təqvimi müəyyənləşdi
XƏBƏR 24 May 2010 / 15:36 1987
-  A +

"Neftçi"nin 17 yaşlılardan ibarət komandası "Ciociaria World Cup-4" turnirində iştirak etmək üçün İtaliyaya yollanıb. Qol.Az-ın paytaxt klubunun rəsmi internet saytına istinadən məlumatına görə, Rüfət Quliyevin başçılıq etdiyi kollektiv yarışın D qrupunda mübarizə aparacaq. "Ağ-qaralılar" İtaliyanın "Bari" və "Arpino", eləcə də Serbiyanın "Partizan" klubları ilə qüvvəsini sınayacaq. "Kiçik dünya çempionatı" adlandırılan turnirin təqvimi artıq məlumdur. Komandamız D qrupu çərçivəsində ilk oyununu "Partizan"a qarşı keçirəcək. "Neftçi" mayın 26-da "Arpino", ertəsi günü isə "Bari"ni sınağa çəkəcək. Yarışın qalibi mayın 30-da müəyyənləşəcək.

"Ciociaria World Cup-4" turnirində D qrupunun təqvimi:

25 may
"Partizan" - "Neftçi"
"Arpino" - "Bari"

26 may
"Arpino" - "Neftçi"
"Partizan" - "Bari"

27 may
"Bari" - "Neftçi"
"Partizan" - "Arpino"
Qeyd: Bütün oyunlar Bakı vaxtı ilə saat 19:30-da başlanacaq

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı