"Fənərbaxça"dan Səudiyyə Ərəbistanı klubuna – rəsmi

"Fənərbaxça"dan Səudiyyə Ərəbistanı klubuna – rəsmi
XƏBƏR 20 Avqust 2018 / 20:35 4806
-  A +

"Fənərbaxça"nın yarımmüdafiəçisi Juliano karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirəcək.

Qol.az-ın xəbərinə görə, braziliyalı futbolçu “Al-Nasr” klubuna keçib. Məlumatı Dubay təmsilçisinin rəsmi saytı yayıb. 28 yaşlı oyunçu ilə 3 illik müqavilə imzalanıb. “Fənərbaxça” Julianonun satışından 10 milyon avro qazanacaq.

Qeyd edək ki, İstanbul klubu braziliyalı futbolçunu ötən mövsüm “Zenit”dən transfer etmişdi.

Son xəbərlər