Azarkeşlər də Ronaldo ilə getdi

Azarkeşlər də Ronaldo ilə getdi
XƏBƏR 20 Avqust 2018 / 16:55 6171
-  A +

“Real”ın La Liqanın ilk turunda “Hetafe”ni 2:0 hesabı ilə məğlub etdiyi matçda azarkeş sayı baxımından antirekord qeydə alınıb.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, 80 mindən çox azarkeş tutumuna malik olan “Santyoqa Bernabeu” stadionunun təxminən yarısı boş qalıb. Matçı cəmi 48466 nəfər tribunadan izləyib ki, bu da klubun son 9 illik tarixində ən aşağı göstəricidir. İspaniya mətbuatı “kral klubu”nun oyununa marağın az olmasını mövsümün sonunda Kriştiano Ronaldonun komandadan gedişi ilə əlaqələndirir.

Qeyd edək ki, sonuncu dəfə 2009-cu ildə “Malyorka” ilə ev oyununda arenaya 44270 azarkeş toplaşmışdı. Buna həmin görüşə qədər komandanın ardıcıl uduzması, eyni zamanda “Barselona”dan alınan 2:6 hesablı məğubiyyət səbəb olmuşdu. Növbəti mövsümdə isə “Real” “Mançester Yunayted”dən Ronaldonu transfer etməklə azarkeşlərini stadiona qaytarmağa nail olmuşdu.


Son xəbərlər