Rahid Əmirquliyev 350-ə çatdı

Rahid Əmirquliyev 350-ə çatdı
XƏBƏR 20 Avqust 2018 / 14:27 1452
-  A +

Rahid Əmirquliyev Azərbaycan çempionatlarında 350-ci oyununu keçirib.
 
Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, “Səbail”in 29 yaşlı yarımmüdafiəçisinin yubileyi Topaz Premyer Liqasının II turuna təsadüf edib.

Bu, “Qarabağ”la qarşılaşmadakı 0:2 hesablı məğlubiyyətin qeydə alındığı matçda gerçəkləşib. 350 oyunda 33 qol vuran Əmirquliyev çempionatlarda 4 klubun şərəfini qoruyub. Debütü 2003/04 mövsümündə rəsmiləşən yarımmüdafiəçi ilk klubu olan Qusar “Şahdağ”ında 57 (4 qol), “Xəzər Lənkəran”da 254 (26), “Qarabağ”da 37 (3), “Səbail”də 2 oyun keçirib.

Qeyd edək ki, Rahid Azərbaycan çempionatları tarixində 350 və daha çox oyun keçirən 8-ci futbolçudur.


Son xəbərlər