İlk dubl, iki yubiley

 İlk dubl, iki yubiley
XƏBƏR 20 Avqust 2018 / 11:52 2842
-  A +

Topaz Premyer Liqasının 2018/19 mövsümünün ilk dublu gerçəkləşib.

Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, “Qarabağ”ın hücumçusu Mahir Mədətov “Səbail”lə qarşılaşmada vurduğu iki qolla komandasına 2:0 hesablı qələbə qazandırıb.

İlk turda dubl qeydə alınmadığından Mahir mövsümün ilkinin müəllifi olub. Onun 2-ci topu iki yubileylə də əlamətdar olub. Mədətov “Qarabağ”ın heyətində 25-ci dəfə rəqib qapısına yol tapıb. O, Ağdam klubunun tarixində 25 və daha çox qol vuran 21-ci futbolçu olub. Matçda hesabı açmaqla hərəyə 24 qol vuran Dino Ndlovu və Dmitri Kudinova çatan Mahir matçın sonlarında fərqlənməklə onları arxada qoymağı da bacarıb.

21 yaşlı futbolçu həm də Premyer Liqada 20-ci qoluna sevinib. Bu topların hamısını “Qarabağ”da vuran hücumçu digər 5 qoldan 4-nü ölkə kuboku, 1-ni avrokuboklarda qeyd edib.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord