Markizionun yeni klubu

Markizionun yeni klubu
XƏBƏR 20 Avqust 2018 / 11:07 4227
-  A +

"Yuventus"dan ayrılan Kladio Markizionun yeni klubu müəyyənləşib.

Qol.az-ın "Football İtalia"ya istinadən yaydığı xəbərə görə, 32 yaşlı yarımmüdafiəçi karyerasını Fransada davam etdirəcək.

İtaliya millisinin üzvü "Monako" ilə anlaşıb. Azad agent statusu olan futbolçu knyazlıq təmsilçisi ilə müqavilə imzalamaq üçün Monte-Karloya gedib.

Qeyd edək ki, 25 ilini "Yuventus"da keçirən Markizio Turin klubu ilə 7 dəfə İtaliya çempionluğu, 4 dəfə İtaliya Kuboku, üç dəfə isə İtaliya Superkubokunu qazanıb.

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı