Boretslə Laşenkov yığmamıza qarşı oynamayacaq

Boretslə Laşenkov yığmamıza qarşı oynamayacaq
XƏBƏR 24 May 2010 / 13:54 1810
-  A +

Avstiyada təlim-məşq toplanışında olan yığmamızın ilk yoxlama görüşündəki rəqibi Moldova yığmasının heyətində dəyişiklik edilib. Qol.Az-ın Moldova Futbol Federasıyasının mətbuat xidmətinə istinadən məlumatına görə, baş məşqçi Qabi Balint millimizlə oyun ərəfəsində iki dəyişikliyə əl atmaq məcburiyyətində qalıb. Maraqlıdı ki, heyətdən çıxarılan hər iki futbolçu bizim üçün tanışdı. Bunlar “Bakı”nın yarımmüdafiəçisi Vadim Borets və yaxınlarda “Olimpik-Şüvəlan”la yollarını ayıran Sergey Laşenkovdur. Halbuki sonuncu Moldova yığmasının kapitanı idi. Lakin Sergey baş məşqçidən özünə yeni klub axtardığı üçün Avstriya toplanışına aparılmamasını xahiş edib. Borets isə dizində zədəsi olduğu üçün yığmamızla oyunda iştirak etməkdən məhrum olub. Nəticədə Balint komandamızla oyuna “Zimbru”dan Aleksandr Antonyuk və “Olimpiya”dan Aleksandr Keltuyaleni heyətə cəlb etməli olub.

Daha çox


Son xəbərlər