Rus deputatlardan ukraynalı futbolçuya etiraz: "Rədd olsun!"

Rus deputatlardan ukraynalı futbolçuya etiraz:  "Rədd olsun!"
XƏBƏR 20 Avqust 2018 / 10:15 5341
-  A +

Rusiyanın "Nijnıy Novqorod" klubunun futbolçusu Vitaliy Fedoriv Premyer Liqanın 4-cü turunda etdiyi hərəkətlə diqqət mərkəzinə düşüb.

Qol.az-ın xəbərinə görə, ukraynalı müdafiəçi "Soçi" ilə oyunda Rusiyanın dövlət himni səslənərkən üzünü bu ölkənin bayrağına tərəf çevirməyib. Onun bu addımı Rusiyada etirazla qarşılaşıb.

Rusiyalı deputatlar "bu ölkəyə, onun atributlarına hörmət eləmirsə, rədd olsun, getsin" deyiblər. Futbolçu isə açıqlamasında bunun hörmətsizlik olmadığını, həmin vaxt dua etdiyini bildirib:

"Mən dindar adamam. Həmişə oyundan əvvəl dua oxuyuram. Dünən də belə etdim. İdman siyasətdən ayrıdır. Rusiyanın himninə və bayrağına hörmətlə yanaşıram" - deyə  Fedoriv qedy edib.

Xatırladaq ki, son illər Rusiya və Ukrayna arasında siyasi gərginlik yaşanır.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord