"Hər şey əladır" - Ramil Şeydayev

"Hər şey əladır" -  Ramil Şeydayev
MÜSAHİBƏ 20 Avqust 2018 / 09:50 6592
-  A +

Millimizin üzvü, "Krılya Sovetov"un yeni transferi Ramil Şeydayev Rusiya Premyer Liqasının 4-cü turunda "Lokomotiv"lə matçdan (0:1) sonra "rusfootball"a müsahibə verib.

Qol.az-ın xəbərinə görə, Rusiya Premyer Liqasında debüt oyununa çıxan gənc hücumçu mübarizəyə hazır olduğunu deyib. 


- Durumun necədir? 90 dəqiqə oynamağa nə vaxt hazır olacaqsan?

- Hər şey əladır. Bir həftədir ki, burdayam və məşqlərə çıxıram. Özümü oynamağa hazır sayıram. Məşqçi məsləhət bilsə, növbəti oyunlar üçün hazıram.

- Şayiələr gəzirdi ki, sən Avstriyaya "Mattersburq" klubu ilə müqavilə imzalamağa getmisən. Bunlar nə dərəcə doğrudur?

- Xeyr, bu, sadəcə, şayiədir. Orada oynayacağımla bağlı müsahibə verməmişəm. Mən ora getmək istəmədim.

- Səni burada Rusiya, yoxsa Azərbaycan vətəndaşlığı kimi oynadırlar?

- Mən bilmirəm. Klub rəhbərliyindən soruşun. Mən oyunçuyam. Belə şeylərə baş qoşacam?

- Yeni komandanda debüt etdin...

- Təəssüf ki, heç bir şey edə bilmədim, uduzduq. Yaxşı mübarizə apardıq. Ümid edirəm ki, növbəti oyunlarda yaxşı olar.

- Sizə hansə tapşırıq verilmişdi?

- Qol vurmaq.

Daha çox


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq