Ayaz Quliyevdən gözəl qol və məhsuldar ötürmə - Video

Ayaz Quliyevdən gözəl qol və məhsuldar ötürmə  -  Video
XƏBƏR 20 Avqust 2018 / 00:57 6244
-  A +

Rusiya Premyer Liqasında dördüncü turun oyunları keçirilir.

Qol.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geydiyi “Rostov” öz meydanında “Yenisey”i qəbul edib.

Matç Ayaz və komandası üçün uğurlu alınıb. 90 dəqiqə meydanda olan Quliyev 35-ci dəqiqədə Siqurdarsonun fərqləndiyi epizodda məhsuldar ötürmə ilə yadda qalıb.

84-cü dəqiqədə isə həmyerlimiz görüşün yekun nəticəsini müəyyənləşdirən qolu vurub - 4:0.
 




Son xəbərlər