"Sumqayıt" gözlədiyimizdən də yaxşı çıxış etdi"

"Sumqayıt" gözlədiyimizdən də yaxşı çıxış etdi"
ÖLKƏ FUTBOLU 20 Avqust 2018 / 00:12 2326
-  A +

"Matça zəif başladıq. Futbolçularımız məşqlərdə düşündüklərimizi edə bilmədilər. "Sumqayıt" gözlədiyimizdən də yaxşı çıxış etdi".

Qol.az-ın məlumatına görə, bu sözləri "Sabah"ın baş məşqçisi Elşad Əhmədov evdə "Sumqayıt"a 1:4 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının II tur matçından sonra mətbuat konfransında deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb

- Bu məğlubiyyət komandanıza necə təsir edə bilər?
- Cəmi 2 aydır yığışmışıq. Bu məğlubiyyətdən dərs çıxarmalı, səhvlər üzərində çalışmalıyıq.

- Sizin oyun üslubunuz belə deyil. Komandanızın istədiyiniz oyunu sərgiləməməsi nə ilə əlaqədardır?
- Mən də futbolçulara fasilədə dedim ki, istədiyimiz oyunu sərgiləməsək, çətinlik çəkəcəyik. Bəzi çətinliklərimiz oldu. Gələcək oyunlarda səhvləri aradan qaldırmağa çalışacağıq.

- "Sumqayıt" səviyyəli mərkəz hücumçusu axtarışında olduğu halda komandanıza 4 qol vurdu...
- Deməzdim ki, rəqibin hücumçusu yoxdur. "Sumqayıt" bu gün yaxşı təsir bağışladı. Biz isə müdafiədəki səhvlər üzərində düşünməliyik.

- "Sabah" ilk turda qələbə qazansa da, "Sumqayıt" uduzmuşdu. Bəlkə bu amil üzündən komandanız bugünkü oyuna rəqibə qarşı saymazyana münasibətlə çıxmışdı?
- İnanmıram ki, saymazlıq olsun. Ola bilsin, arxayınçılıqdandır. Amma oyundan əvvəl diqqətli olmalarını tapşırmışdıq.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord