İbrahimoviç 21 milyon ziyana düşdü

İbrahimoviç 21 milyon ziyana düşdü
XƏBƏR 19 Avqust 2018 / 17:30 4939
-  A +

“Los Anceles Qalaksi”nin hücumçusu Zlatan İbrahimoviç külli miqdarda maddi ziyana düşüb.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, buna futbolçuya məxsus geyim firmasının müflis olması səbəb olub.

21 milyon avro ziyana düşən 36 yaşlı forvard firmanı bağlamalı olub.

Qeyd edək ki, İsveç millisinin sabiq üzvü ABŞ klubunda ilinə 1,5 milyon dollar maaş alır.

Son xəbərlər