“Bakı” Mehmet Yılmazı gətirir?

“Bakı” Mehmet Yılmazı gətirir?
XƏBƏR 24 May 2010 / 13:12 2723
-  A +

Premyer Liqanın gümüş mükafatçısı, ölkə kubokunun qalibi “Bakı” Türkiyə yığmasının sabiq futbolçusu Mehmet Yılmazla güclənə bilər. Qol.Az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, daha çox “Trabzonspor”dakı çıxışı ilə tanınan 31 yaşlı hücumçu təmsilçimizin maraq dairəsindədir.
Mehmetin meneceri Mustafa Üçüncünün jurnalistlərə verdiyi açıqlamaya görə, son komandası “Əskişəhərspor”la yollarını ayıran Yılmaz bir neçə yerli və əcnəbi klublardan təklif alıb. Öz ölkəsində “Gənclərbirliyi”, “Manisaspor”, “Qaziantepspor” kimi klubların maraq dairəsinə düşən futbolçu həmçinin Yunanıstan “Larisa”sı və Rusiya “Saturn”u və “Bakı”ya keçə bilər. Qeyd edək ki, milli komandada 1 oyun keçirən Mehmet 2002-06-cı illərdə “Trabzonspor”un şərəfini qoruyub. O, bu komandada 96 matça 24 qol vurub. Son klubu “Əskişəhərspor”dan ayrılmasına isə maddi məsələlərdə ortaq məxrəcə gələ bilməmələri rol oynayıb.

 


Son xəbərlər