"Ronaldonun belə tez uyğunlaşmasına təəccübləndim" - Alleqri

"Ronaldonun belə tez uyğunlaşmasına təəccübləndim" - Alleqri
XƏBƏR 19 Avqust 2018 / 11:02 4551
-  A +

“Biz bu oyunda çoxlu səhv buraxdıq. Konsentrasiyamızı itirməyə şərait yaratdıq. Əvvəl elə bir hiss var idi ki, vəziyyət nəzarətimiz altındadır. Amma sonradan zəif müdafiə olunduq və qollar buraxdıq”.

Qol.az-ın “Yuventus”un rəsmi saytına istinadən yaydığı xəbərə görə, bu sözləri komandanın baş məşqçisi Massimiliano Alleqri İtaliya A Seriyasının ilk turunda səfərdə “Kyevo” üzərində qələbə qazandıqları oyundan sonra keçirilən mətbuat konfransında deyib. Qarşılaşma ilə bağlı fikirlərini açıqlayan mütəxəssis komandanın yeni transferi Kriştiano Ronaldo haqda da danışıb:

“Bu oyun bir daha göstərdi ki, yenidən skudettonu qazanmaq çox çətin olacaq. Futbolçularımız cəmi 7 gündür tam heyətlə məşq edirlər. Biz hələlik Ronaldo ilə tanış oluruq. Medyanda Dibala ilə bir-birilərini yaxşı başa düşdülər. Ronaldonun komandaya belə asanlıqla uyğunlaşmasına təəccübləndim. Təəssüf ki, qol vura bilmədi. Rəqib qapıçı bir neçə dəfə onun fərqlənməsinə imkan vermədi. Amma Ronaldo qələbə qazandığımız üçün razı qaldı”.

Qeyd edək ki, “Kyevo” - “Yuventus” oyunu qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb. Ronaldo Turin klubunda keçirdiyi ilk rəsmi matçında 90 dəqiqə meydanda olsa da, qol hesabını aça bilməyib.


Son xəbərlər