Elçin Məmmədov: “Qolu qeydə almaya bilməzdim”

Elçin Məmmədov: “Qolu qeydə almaya bilməzdim”
XƏBƏR 24 May 2010 / 13:03 3118
-  A +

18-ci Azərbaycan kubokunun finalını – “Bakı” – “Xəzər Lənkəran” oyununu idarə edən baş hakim Elçin Məmmədov paytaxt klubunun vurduğu birinci qolla bağlı fikirlərini açıqlayıb. Qol.Az-ın məlumatına görə, oyundan sonra jurnalistlərlə söhbətində o, “Xəzər Lənkəran”ın baş məşqçisi Ağasəlim Mircavadovun etirazlarına belə cavab verib: “Ölkənin ən təcrübəli məşqçisidi, oyun qaydalarını bilmir. Mən o qolu qeydə almaya bilməzdim. Çünki topu mübahisəli vəziyyətdən oyuna daxil edərkən, yerə dəydisə, artıq oyun bərpa olunur. Belə vəziyyətdə futbolçuların atdığı hər bir addım, qaydalar çərçivəsindədi. Kalinkov orda özü bildirdi ki, topu qapıçımıza ver. “Bakı”nın da oyunçusu onun dediyi kimi etdi. İndi kimlərsə səhv buraxırsa, buna görə mən məsuliyyət daşıyası deyiləm ki?”


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın