"Bunu hər komanda edə bilmir" - Aftandil Hacıyev

"Bunu hər komanda edə bilmir" - Aftandil Hacıyev
GÜNDƏM 18 Avqust 2018 / 21:17 3731
-  A +

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Topaz Premyer Liqanın 2-ci turunda "Qarabağ"a 0:2 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransı keçirib. Qol.az-ın məlumatına görə, 37 yaşlı mütəxəssis  jurnalistlərin suallarını cavablandırıb:

- Komandanın oyununda hansı çatışmazlıqlar var?

- Çatışmayan çəhət odur ki, istədiyimiz oyunu sərgiləyə bilmədik. Futbolçular az müddətdir birlikdə oynayır. "Qarabağ"a qarşı 3-4 qol epizodu yaratdıq. Bunu hər komanda edə bilmir. Sadəcə, fürsətlərdən yararlana bilmədik. Çempionatın əvvəlidir, gələcək oyunlarda daha yaxşı futbol sərgiləyə bilərik.

- Kevin Koubembanın oyunu bu gün alınmadı. Onun oyununda nələrə ümid edirsiniz?

- Legionerlər tam fiziki formalarını bərpa etməyib. Onların uyğunlaşmaları üçün zaman lazımdır.

Daha çox


Son xəbərlər