Litva millisinin üzvü "Keşlə"də - rəsmi

Litva millisinin üzvü "Keşlə"də - rəsmi
GÜNDƏM 18 Avqust 2018 / 12:49 4053
-  A +

“Keşlə” heyətini yeni futbolçu ilə gücləndirib.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, paytaxt təmsilçisi litvalı müdafiəçi Edvinas Girdvainislə 1 illik müqavilə imzalayıb. 25 yaşlı futbolçunun son klubu Tel-Əviv “Hapoel”I olub.

Qeyd edək ki, Girdvainis bundan əvvəl ölkəsində “Ekranas”, İspaniyada “Marbelya”, Polşada “Pyaşt” və Rusiyada “Tom” klublarının formasını geyinib. 2016-cı ildə Litva millisinə dəvət alan müdafiəçi yığmada 10 oyun keçirib.

Daha çox


Son xəbərlər