İlkay Gündoğan milli ilə bağlı qərarını açıqladı

İlkay Gündoğan milli ilə bağlı qərarını açıqladı
DÜNYA FUTBOLU 17 Avqust 2018 / 21:08 5982
-  A +

"Mançester Siti"nin futbolçusu İlkay Gündoğan Almaniya millisindəki karyerasını başa vurmağa hazırlaşmır.

Qol.az-ın məlumatına görə, bu barədə 27 yaşlı yarımmüdafiəçi özünün "İnstagram" hesabında yazıb. O, əsas hədəfinin Çempionlar Liqasının qalibi olmaq və milli ilə daha bir kubok qazanmaq olduğunu bildirib.

Qeyd edək ki, İlkay Gündoğan, Məsut Özil  və "Everton"un hücumçusu Cenk Tosunla birlikdə Londonda R. T. Ərdoğanla görüşmüşdü. Buna görə Özil və Gündoğan Almaniyada sərt tənqid olunmuşdu.  Özil  Almaniya ictimaiyyətinin ona göstərdiyi irqçi münasibətə görə yığmadakı karyerasını başa vurmuşdu.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı