“O, stadionu ayaqyolu adlandırsa da, ora bir avro belə xərcləməyib”

“O, stadionu ayaqyolu adlandırsa da, ora bir avro belə xərcləməyib”
XƏBƏR 17 Avqust 2018 / 01:09 6052
-  A +

Neapol meri Luici De Mandjistris “Napoli”nin prezidenti Aurelio De Laurentisin doğma “San Paolo” stadionunu ayaqyolu adlandırmasına münasibət bildirib.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, şəhər meri bildirib ki, De Laurentis “ayaqyolu”nun təmiri üçün bir avro belə xərcləməyib:

“De Laurentisin bəzi açıqlamaları məni hiddətləndirdi. O bildirib ki, “San Paolo” ayaqyoludur. Amma bu “ayaqyolu”nu bərpa etmək üçün De Laurentis 1 avro belə xərcləməyib. Digər prezidentlərdən fərqli olaraq o, stadion üçün xərcləməyə pul tapmasa da, başqa klubu (“Bari” nəzərdə tutulur) satın almağa vəsait tapır.

Stadion şəhərə məxsusdur. Onun rekonstruksiyası üçün hər hansı təklif almamışıq. Bəli, De Laurentislə görüşmək üçün razılığa gəlmişdik. Amma az sonra o, fikrindən daşındı”.

Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı