“Proqres” Rusiya futbolu tarixinə düşdü

“Proqres” Rusiya futbolu tarixinə düşdü
XƏBƏR 17 Avqust 2018 / 00:36 7397
-  A +

Birinci təsnifat mərhələsində “Qəbələ”ni mübarizədən kənarlaşdıran “Proqres” klubu Avroliqa ilə vidalaşıb.

Qol.az-ın məlumatına görə, ilk oyunda səfərdə “Ufa”ya 1:2 hesabı ilə uduzan Lüksemburq təmsilçisi cavab matçında meydandan bərabərliklə ayrılıb - 2:2.

Bu nəticə ilə “Proqres” Rusiya futbolu tarixinə düşüb. Belə ki, “Proqres” rus klublarına 1 oyunda 2 qol vuran ilk Lüksemburq klubudur.

Daha əvvəl Rusiya klubları 2 dəfə qitə kuboklarında Lüksemburq təmsilçiləri ilə qarşılaşıblar. 1992/93 mövsümündə “Spartak” Kuboklar Kubokunda “Avernir”i (0:0, 5:1), 10 il əvvəl isə “Saturn” İntertoto kubokunda “Ettsella”nı (7:0, 1:1) mübarizədən kənarlaşdırıb.

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı