Şeydayev Rusiya Premyer Liqa klubunda - qol vurdu

Şeydayev Rusiya Premyer Liqa klubunda - qol vurdu
XƏBƏR 16 Avqust 2018 / 14:29 9134
-  A +

Millimizin futbolçusu Ramil Şeydayevin "Krılya Sovetov"a keçidi gerçəkləşmək üzrədir.

Qol.az-ın klubun rəsmi "Tvitter" səhifəsinə istinadən yaydığı xəbərə görə, Rusiya Premyer Liqa təmsilçisi 22 yaşlı hücumçu ilə müqavilə imzalamağı planlaşdırdığını açıqlayıb.

Hazırda klubun düşərgəsində olan Ramil əsas komanda ilə birlikdə gənclər komandasına qarşı yoxlama görüşündə də iştirak edib. O, 3:1 hesabı ilə qalib gəldikləri matçda qollardan birinin müəllifi olub.

Qeyd edək ki, R.Şeydayev bu ay "Trabzonspor"dan ayrılıb. O, ötən mövsüm icarə əsasında "Qarabağ"da oynayıb.

Xatırladaq ki, "Krılya Sovetov"  Rusiya Premyer Liqasında 4 xalla 9-cu pillədə qərarlaşıb.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı