Millimiz neçəncidir? - FİFA reytinqi açıqlandı

Millimiz neçəncidir? - FİFA reytinqi açıqlandı
ÖLKƏ FUTBOLU 16 Avqust 2018 / 12:14 3737
-  A +

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, bundan əvvəlki reytinqlə  müqayisədə millimizin mövqeyində dəyişiklik olmayıb. FİFA-nın yeni hesablama sisteminə əsasən, Qurban Qurbanovun baş məşqçi olduğu komanda 1207 xalla 105-ci yerdədir.

Yığmamızın Millətlər Liqasındakı rəqiblərinə gəlincə, Farer adaları 1268 xalla 90-cı (0), Kosovo 1080 xalla 141-cı (0), Malta isə 928 xalla 184-cü (0) yerdədir.

Qeyd edək ki, siyahının ilk üç pilləsində dəyişiklik olub. DÇ-2018-in qalibi Fransa 1-ci pilləyə (1726) yüksəlib. Belçika 2-ci (1723), Braziliya 3-cü (1431) yerdə qərarlaşıb.

Daha çox


Son xəbərlər