Anar Məmmədov: "Bu kubok mənə daha şirin gəlir"

Anar Məmmədov: "Bu kubok mənə daha şirin gəlir"
XƏBƏR 24 May 2010 / 11:32 3758
-  A +

“Bakı”nın fəxri prezidenti Anar Məmmədov Azərbaycan kuboku uğrunda final qarşılaşmasından sonra sevincini klubun rəsmi saytı ilə bölüşüb. Qol.Az-ın məlumatına görə, o, beynəlxalq arenada da eyni uğuru təkrarlamaq haqda düşündüklərini bəyan edib: "Komandamız çox çətin bir oyunda layiqli qələbə qazandı. "Bakı" hər zaman iddialıdır. Bu, tək ölkədaxili yarışlara aid deyil. Bu il komandamız vitse-çempion tiutlu və ölkə kubokunu qazandı. Qarşımızda beynəlxalq turnirlərdə də eyni uğurla çıxış etmək, Azərbaycanı layiqincə təmsil etmək kimi bir vəzifə durur. Ötənilki nəticəmizi yaxşılaşdırmaq barədə düşünürük. Daha səviyyəli və komandamızı gücləndirə biləcək oyunçuların dəvət olunması mümkündür. Bu istiqamətdə fəaliyyətimizi davam etdiririk. Sonda bizi dəstəkləyən bütün insanlara təşəkkür edirik. Onlar bu qələbədə pay sahibidirlər. Kim deyir ki, "Bakı"nın azarkeşi azdir? Tribunalara baxın, ağ-mavi rənglər çoxluq təşkil edir. Biz bütün azarkeşlərimizə təşəkkür edirik, onlar "Bakı"ya inandılar, komandamızı dəstəklədilər, nəticədə biz onların ümidlərini doğrultduq. Azərbaycan kubokunun bizim üçün nə qədər önəmli olduğunu nəzər alsaq, sevincimiz hədsizdir".
Fəzri prezident "Bakı"nın 2-ci kubokunun daha dəyərli olduğunu düşünür: "Bu kubok mənə daha şirin gəlir. Bəlkə də bu ona görədir ki, daha gərgin oyunlar və daha güclü rəqiblərlə görüşdük. Bu mövsüm bütün iddialı komandalara qalib gəldik. "Qarabağ"a, "İnter"ə, "Xəzər Lənkəran"a səfərdə qalib gəldik, demək bu qələbə təsadüfi deyil".


Son xəbərlər