"Qarabağ"la oyun daha ağır oldu" – BATE-nin yeni transferi

"Qarabağ"la oyun daha ağır oldu" – BATE-nin yeni transferi
XƏBƏR 15 Avqust 2018 / 14:45 3457
-  A +

“BATE-nin “Qarabağ”la oyununu tribunadan izlədim. Meydanda olmasam da, matçın bütün gərginliyini həyəcanını hiss etdim”.

Qol.az-ın məlumatına görə, bu sözləri BATE-nin yeni transferi Erveyn Mukam klubun rəsmi saytına açıqlamasında deyib. “Neman”dan transfer olunan Kamerun əsilli fransız yarımmüdafiəçi yeni komandasının “Qarabağ”la Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki cavab oyununu dəyərləndirib:

“HİK-lə oyuna da baxmışdım. Deyərdim ki, Azərbaycan klubu ilə matç daha ağır oldu. Şadam ki, çətinliyə baxmayaraq, futbolçularımız eyni nöqtəyə vurdular, meydanda bir-birləri üçün vuruşdular və sonda mərhələni keçdilər. Əsl komanda məhz belə olmalıdır”.

Qeyd edək ki, dünən “Qarabağ”la heç-heçə (1:1) edən BATE Bakıdakı qazandığı 1:0 hesablı qələbə sayəsində iki oyunun nəticəsinə əsasən, pley-off-a vəsiqə qazanıb.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı