"Qarabağ" layiqli rəqib idi” - Qleb

"Qarabağ" layiqli rəqib idi” -  Qleb
GÜNDƏM 15 Avqust 2018 / 00:32 6191
-  A +

BATE-nin yarımmüdafiəçisi Aleksandr Qleb Çempionlar Liqasının III təsnifat mərhələsininin cavab görüşü çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyundan (1:1) danışıb.

Qol.az-ın Belarus mətbuatına istinadən yaydığı xəbərə görə, təcrübəli futbolçu 90 dəqiqə ərzində bəxtlərinin gətirdiyini bildirib:

"Düzü, bir az şanslı idik. Rəqib təzyiqli oynadı, hətta azlıqda da qaldı. Bizi əks hücuma buraxmamağa çalışırdılar. Vəzifəmiz arxadan etibarlı oynamaq idi. Tələsmədən hücuma keçməyi planlaşdırırdıq. Çünki bizim irəli xəttdə sürətli oyunçularımız var.

"Qarabağ" layiqli rəqib idi. Yaxşı ki, bu komandanı keçə bildik. İndi istirahət edəcəyik. PSV ilə oyundan öncə çempionat matçı var. Daha sonra Hollandiya barədə düşünə bilərik".   

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı