Məqsəd Yaqubəliyev: “Bizi yeganə qane etməyən hal birinci qolun elə alınması oldu”

Məqsəd Yaqubəliyev: “Bizi yeganə qane etməyən hal birinci qolun elə alınması oldu”
ÖLKƏ FUTBOLU 23 May 2010 / 23:24 2645
-  A +

“Mən ilk növbədə bütün “Bakı”sevərləri təbrik etmək istərdim. Adətən bizim çempionat oyunlarına bu qədər azarkeş gəlmir. Amma bu gün kifayət qədər tərəfdarımız vardı. Şadam ki, qələbəmizlə onları da sevindirə bildik”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Bakı”nın məşqçisi Məqsəd Yaqubəliyev deyib.
Bu gün keçirilən 18-ci ölkə kubokunun finalındakı qələbədən sonra keçirilən mətbuat konfransında “zolaqlılar”ın çalışdırıcısı ağır mövsümün sonunda qazandıqları uğura kölgə salan yeganə məqamın ilk qolun kuryoz alınması olduğunu bildirib: “Həqiqətən bu il ağır çempionat keçdi. Yaxın vaxtlarda bizdə məşçqi dəyişikliyi də olmüşdü. Çoxları belə düşünürdü ki, bu bizim əleyhimizə işləyəcək. Amma çox sevinirəm ki, elə olmadı. Komandada aparılan düzgün işin hesabına biz əksini sübut edə bildik. Klub rəhbərliyinin işinə peşəkar yanaşması hesabına, futbolçuların işlərini sevməsi, texniki heyətin yorulmaz zəhməti hesabına biz bu gün kuboku qazandıq. Düzdü, çempionatda qızıl medal qazanmaq şansımızı əldən verdik. Ancaq kuboku qazandığımıza görə çox sevinirəm. Komandamız gündən-günə daha parlaq oyun göstərməkdədi. Çox gözəl oyun keçdi. Biz adətən oyunun tempini 90 dəqiqə ərzində eyni səviyyədə saxlaya bilmirik. Bu gunkü qarşılaşmada isə 120 dəqiqə gözəl oyun sərgilədik. Bizi yeganə qane etməyən hal birinci qolun elə alınması oldu. Amma düşünmürəm ki, bu, oyunun gözəlliyinə hansısa kölgə saldı”.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı