La Liqanın oyunları "Feysbuk"da canlı yayımda

La Liqanın oyunları "Feysbuk"da canlı yayımda
XƏBƏR 14 Avqust 2018 / 16:28 3679
-  A +

İspaniya La Liqasının qarşıdakı 3 mövsüm ərzindəki bütün oyunları "Feysbuk"da canlı yayımlanacaq.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə,  bu barədə La Liqanın  rəqəmsal strategiyasının rəhbəri Alfredo Bermexo məlumat verib. O bildirib ki, bunula da,  çempionatın 1140 oyununa Hindistan, Pakistan, Əfqanıstan, Banqladeş, Butan, Nepal, Şri-Lanka və Maldiv adalarında da baxmaq mümkün olacaq: "Son iki il ərzində bizim hədəflərimizdən biri La Liqanı ən geniş auditoriyaya təqdim etməkdən ibarət idi.  Hindistanda 270 milyon istifadəçisi olan "Feysbuk" kimi ödənişsiz platformalarla əməkdaşlıq bizim üçün vacibdir".

Qeyd edək ki, İspaniya La Liqasında yeni mövsüm avqustun 17-i başlayacaq.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın