Millimizin oyunlarının vaxtı bilindi

Millimizin oyunlarının vaxtı bilindi
XƏBƏR 14 Avqust 2018 / 12:24 2162
-  A +

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Qazaxıstanda keçiriləcək “Prezident kuboku” turnirində iştirak edəcək.

Qol.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, 6 komandanın mübarizə aparacağı yarışın püşkünün nəticəsinə əsasən, komandamız Qazaxıstan və Qırğızıstanın U-17 yığmaları ilə birgə B qrupunda yer alıb.

A qrupunda isə Tacikistan və Krasnodar Akademiyasının U-17 komandası ilə yanaşı, Qazaxıstanın 16 yaşadək futbolçulardan ibarət yığması mübarizə aparacaq.

Avqustun 24-də start götürəcək turnirin ilk oyun günündə, təqvimə əsasən, Azərbaycan yığması meydana çıxmayacaq. Komandamız növbəti gün Qırğızıstan yığması ilə üz-üzə gələcək.
 

25 avqust

16:00. Qırğızıstan - Azərbaycan
 

26 avqust

16:00. Azərbaycan - Qazaxıstan


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord